Şekerli diabet, Prolaktin hormon yüksekliyi, Polikistik yumurtalıq sindromu(aybaşı pozğunluğu, akne, tüklenme artışı ve s elametler görüle biler),Kuşinq sindromu, Adrenal( böyreküstü vez) xestelikleri, Virilizan tümörler (şiş), Böyüme hormon çatışmazlığı, Vitamin D çatışmazlığı ve s.
Kişi ve qadınların %50'sinde heyatlarının bir döneminde rastlanan problemlerden biridir.
Tarixçilərin fikrincə, Julius Sezar yetkin həyatının çox hissəsini saç tökülməsi ilə mübarizə apardı və buna baxmayaraq, o, bilmədən və ya bəlkə də şüurlu şəkildə - hələ də saç tökülməsi üçün ən yaxşı kəsimlərdən biri hesab olunan şeyi yaratdı.
Saç derimizde ortalama 150.000 saç teli var.
Ortalama hergün 50-125 saç teli tökülür.
Ayda ortalama 1-1.5cm uzanır.
Yayda daha süretli, qışda ise daha yavaş uzanır.
Saç tökülmesinin bir çox sebebi olmaqla birlikde en sıx görülen endokrin sebebleri:
Qalxanabenzer vezin( zob) artmış hormon ifrazı-hipertireoz
Qalxanabenzer vezin( zob) azalmış hormon ifrazı -hipotireoz
Diaqnoz tesdiqlenen obez xestenin müalicesinde en esas addım çekinin kontrol altına alınmasıdır
Avropada aparılan bir çalışmada < %15 çeki itikisi ile total T seviyesi artarken, çeki itkisi >%15 olduğunda serbest tostesteron seviyesinde de anlamlı artış görülüb
Diger onemli nüans yağsız beden kütlenin qorunmasıdır.
Diyeta ve idmanla çekisi kontrol altına alınmayan şexslerde medikal müalice aparılır.
Uğursuz olduğu zaman piylenmede cerrahi müaliceye baş vurulur.
Mosh( Male obesity secondary hypogonadizm) son zamanlarda daha cox görülmekde olub sekonder( ikincili) hipogonadizmin en sıx sebebi olaraq deyerlendirilir.
Yeniyetme döneminde bele BMI( beden kutle indeks) yukdek olan oğlanrda testosteron azlığı görülür
Bu zaman qanda testosteron azlığı ile beraber klassik hipoqonadizmin simptom ve elametlerini görülür.Ayrıca sperm sintezinde azalma ile de müşayet oluna biler.
MOSH funksiyonal bir hipoqonadizmdir. Altta yatan sebeb düzelende ortadan qaldırılabilir.
MOSH tanımlayan kriteriyalar:
1.Bel çevresinin >102 sm, ve/veya BKI>30kq/m2 olması
2.Klinik olaraq hipoqonadizmin simptom ve elametlerinin görülmesi
3.Biokimyevi analizlerde hipoqonadizmin gosterilmesi
4.Sekonder hipogonadizm( azalmış veya uyğunsuz olaraq normal LH ve FSH)
5.Funksional hipogonadizm: Diger sebebler sistematik olaraq istisna edilmelidir.
Aparılan araşdırmada, son zamanlarda kosmetik vasitələrinin tərkibində olan Biotin’in bir çox laborator analiz nəticələrinə təsir etdiyi göstərilib.
Bunlar içində tiroid (qalxanabənzər vəz ) funksiyasını göstərən təstlər də daxildir.
AACE nin illik toplantısında təklif edilib ki, əgər asimptomatik (aktif şikayəti olmayan) xəstələrin analiz nəticələri hipertireoz ilə (zəhərli zob) uyumlu olarsa,xəstələrin dəri,saç,dırnaq üçün tərkibində biotin ola biləcək vasitələrdən istifadə edib etməməsi sorgulanmalıdır.Bələ olan halda xəstələrə biotin terkibli vasitələrin istifadəsini 1 həftə kəsdiqdən sonra analiz baxılması təklif edilməlidir. (Klinik laboratoriyanın 3 gün kəsilməsinin yeterli olduğunu söyləsə də)
Çünki biotin qanda yalnış olaraq TSH hormonunun baskılanmasına, sT3 və sT4 ( triyodtironin, tiroksin) isə artmasına səbəb olur.Bu da səhv olaraq Graves xəstəliyini(zəhərli zob) düşündürüb yalnış yanaşma və müalicəyə səbəb olur.
Mənbə: Medscape 2022
Aparılan araşdırmalarda musiqinin insanın əhval ruhiyyəsinə müsbət təsiri olduğu müəyyənləşdirilmişdir.
Belə ki, xoş duyğular oyadır: Zövq aldığımız musiqi dinləyən zaman bizim orqanizmdə dopamin adlı neyrotransmitter ifraz olunur ki bu bizim həzz aldığımız durumlarda ( yəmək yemə zamanı və s) ifraz olunur.
Həyəcanı azaldır: Musiqi dinləmək Oksitosin adlı hormon ifarzına səbəb olurki bu hormon bizdə pozitif olmağımıza, sevincli hisslər keçirməmizə səbəb olur.
Aparılan araşdırmada məlum olub ki, yarım saat mahnı oxumaq müğənnilərdə sonrasında çox coşğulu və xoş hisslər oyadır.
Eyni zamanda oksitosin “sevgi hormonu”adlandırılır, buma göre də əsasən inam və empatiya hissi yaradır.Stressi azaldır:Kortizol hormonu orqanizmdə stress zamanı ifraz olunan əsas hormonlardandır.
Musiqi dinləmək #kortizol səviyyəsini azaldaraq stress durumu daha yüngül dərəcədə təsir etməsinə səbəb olur.
PİYLƏNMƏ VƏ SONSUZLUQ
Aparılan araşdırmada BKİ (bədən kütlə indeksi) 29kg/m2 olanlarda hər 1 kg/m2 lıq artış sonrasında hamiləlik ehtimalının təqribən %5 azaldığı görülüb.
VKİ 21-29 kg/m2 olanlarla müqayisədə spontan fertilite(doğurganlıq) nisbəti BKİ >35 kg/m2 olanlarda %26 , BKİ>40 kg/m2 olanlarda isə %43 daha aşağıdır.
Uşaqlıq yaşında piylənmə olması belə infertilite (sonsuzluq) ortaya çıxması üçün önəmli bir risk faktorudur.
Piylənməsi(Obezite) olan qadınların hamiləlik zamanı sağlıklı doğuş nisbətləri daha azdır.
İVF vəya İCSİ edilən xəstələrdə də VKİ<25 olanlarda , VKİ >25 lə müqayisədə daha çox oosit(yumurtahüceyrə) toplanıb.
Obezitenin sonsuzluğa təsirinin bir çox səbəbi var. Piy toxumasında idraz edilen adipositokin, artan leptin səviyyəsi ,adiponektin vasitəsilə və s.
Nəticə olaraq piylənməsi olan qadınlarda sonsuzluq durumuna xüsusi olaraa diqqət edilməlidir.
Mənbə:TEMD 2019
Aparılan araşdırmaya yeni Demensiya (yaddaşın zəifləməsi, düşüncə bacağının azalması və s simptomlarla gedən xəstəlik) diaqnozu qoyulan xəstələr alınıb.
Xəstələrin 102’sində hipotireoz(tənbəl zob- azalmış hormon ifrazı), 133’ündə hipertireoz(artmış hormon ifrazı-zəhərli zob) olduğu görülüb
Hipertireoz ilə demensiya arasında əlaqə görülməyib.
Hipotireozu olan xəstələrin 68’ində demensiya olduğu, 34’ündə isə olmadığı təspit edilib.
Demensiya səbəb olan digər risk faktorları da nəzərə alındığında 65 yaşın üzərindəki olub hipotireozu olan xəstələrin %80 ‘nində , eyni yaşda olub tiroid hormon pozğunluğu olmayanlarla müqayisədə demensiya inkişaf etmə riski olduğu müəyyən edilib.
Ancaq 65 yaşdan öncə hipotireozu olmaq demensiya yaranması üçün riskini artırmır.
Hipotireoz üçün dərman istifadə edənlərdə isə demensiya yaranma riski 3 qat artmış olaraq görülüb.
Bu çalışma demensiya ile hipotireoz arasında əlaqə olduğunu göstərib.
DEMENSİYA VƏ TİROİD
İDMAN VƏ PİYLƏNMƏYƏ TƏSİR
Aparılan araşdırmada həm səhər, həm axşam saatında idmanla məşğul olanlarda kardiometabolik parametrlərdən-ümumi xolesterin dəyərində azalma görülüb.
Axşam idmanla məşğul olanlarda ümumi xolesterin/HDL nisbətində azalma görülüb.
Səhər idmanla məşğul qadınlarda axşam idmanla məşğul olan qadınlarda müqayisədə total yağ kütləsində və abdominal(qarın) piy toxumasında daha çox azalma görülüb.
Ancaq axşam idmanla məşğul olanlarda əzələ gücündə artış görülüb.
Kişilərdə və qadınlarda həm səhər həm axşam ümumi bədən çəkisində isə anlamlı azalma olmayıb.
Kişilərdə həm səhər həm axşam idmanında total yağ kütləsində və abdominal(qarın) piy toxumasında daha çox azalma görülüb.Yağsız bədən kütləsində artış görülüb.
Qadınlarda sistolik və diastolik qan təzyiqində səhər idmanla məşğul olanlarda daha çox olmaqla həm səhər həm axşam idmanıyla azalma görülüb.
Kişilərdə axşam idmanıyla sistolik və diastolik təzyiqdə, Ü.xolesterin/HDL nisbətində daha çox azalma,görülməklə həm səhər , həm axşam idmanıyla azalma müşahidə olunub.
Yağların oksidasiyasında artış görülüb.
Mənbə:Frontiers 2022
Mənbə:Medscape 2022
Regulyar Statin( hiperlipidemiya-xolesterin yüksəkliyi əleyhinə dərman) istifadəsi kəskin pankreatit(mədəaltı vəz iltihabı) sonrası şəkərli diabet yaranma riskini azaldır.
Belə ki, aşağı, orta və yüksək doz statin istifadə eden ve orta və ya ağır pankreatit keçirenlərdə nəticəler bənzər olub.
Ümumiyyətlə, pankreatit sonrası 5 ildə diabet yaranma riski %15’dir.
Aparılan araşdırmada , 118,479 xestesinin(daha öncədən diabeti olmyan, ilk dəfə pankreatit keçiren) bilgiləri incələnib.
Onlardan %69,3 pankreatit sonrası heç statin istifade etməyib.
Xəstələrin %76 'sı pankretit sonrası düzənli statin istifadə edib, %23 isə düzənli dərman qəbul etməyib.
Xəstələrin 3,5 illik təqibində 5 ildə şəkərli diabet olma riski statin qebul edenlerin %7,5 , etməyənlərdə isə %12,7 olduğu müşahidə edilib.
Regulyar statin istifadə edənlərdə diabet olma riski %42 , regulyar istifadə etməyənlərdə %15'dir.
Yüksək doz statin daha qorucuyu deyil.
Insulinə bağlı diabet statin istifadə edenlerin %2,4 , etmeyenlerin %6,2 sində görülüb.
Regulyar statin istifadəsində risk %42 daha az rastlanıb.
PİYLƏNMƏ VƏ REFLÜKS ARASINDA ƏLAQƏ
Qasto-ezofageal reflüks xəstəliyi(QERX) mədə möhtəviyyatının reflüksunun simptomlar və /vəya qida borusunda zədələnmə törətdiyi xəstəlikdir.
Əsas simptomları retrosternal nahiyədə ağrı, regurgitasiya və qıcqırmadır.
Epidemiolojik datalarda, Piylənmə və GÖRX arasında əlaqə olduğunu dəstəkləməktədir.
Artıq çəkili vəya Piylənməsi olan şəxslərdə QERX prevalansı digər papulyasiyaya görə daha çoxdur.
Bədən kütlə indeksindən çox santral( qarın tipli) piylənmənin bu fəsadla daha yaxından əlaqəli olduğu görülməkdədir.
Yaranmasına səbəb olan mexanizm isə; artmış intagastrik təzyiq, qida borusu sfinkter funksiyasının pozulması artmış göbək yırtığı olduğu düşünülür.
Səbəb multifaktoriyal ola bilər.
Eyni zamansa Piylənmənin ezoviv özofaqit, Barrett qida borusu, qida borusu və mədə adenokarsinoması əmələ gəlmə riski vardır.
Kortizol qlükokortikoid hormon qrupuna daxil olan stress zamanı ifraz olunan önemli hormondur.
Orqanizmə ‘Savaş və ya qaç’ uyarısı verir
Böyrəküstü vəzdən iftaz olunur.
Normalda orqanizmin sirkadyan ritmine uyğun olaraq ifraz olunur.
%50-60 ‘ı səhər yuxudan durduqdan 30-40 dəq sonra ifraz olunur , gün ərzində gederek azalır.
Funksiyaları:
Yağ və karbonhidrat metabolizmasını artırır
Bizim oyanıq olmamıza səbəb olur
Maye səviyyəsini balanslaşdırır( duz və su qebuluna bağlı olaraq)
İştahı artırır (yağlı, şəkərli , duzlu qidalara yeme isteyi artır)
Qan şəkərini regulyasiyasında iştirak edir.
Kognitiv funksiyalarda( öyrənmə, yaddaş) rol alır
İnflamasyonu azaldır
İmmun sistemi baskılayır.
Az miqdarda yükselişlər qısa süreli stresse normal yanıt olaraq ifraz olunur.
Ancaq bəzi hallarda kortizol səviyyəsi yüksək qala bilir, bu zaman ciddi yan təsirlər ortaya çıxır.
Yan təsirlər:Çəki artışı,yüksək təzyiq,yorğunluq,duyğu durum dəyişkənliyi,əsəbilik, gərginlik,zdə qızarıqlıq
,dəridə incəlmə,konsentrasiyada (diqqət) azalma,insulin rezistentliyi və s
STRESS/KORTİZOL HORMONU VƏ ORQANİZMƏ TƏSİRİ
ŞƏKƏRLİ DİABET VƏ HƏYAT TƏRZİ DƏYİŞİKLİYİ
Hindistanda aparılan 199 xəstənin alındığı araşdırmada həyat tərzi dəyişikliyi ilə şəkərli diabet xəstəliyində (Tip 2) remissiya görülüb.
Alınan xəstələrin ortalama yaşı 43 olub, diabet ili isə 3,7 ilə- 8 il arasında olub.Araşdırmada həyat tərzi dəyişikliyi ilə Qlikohemoglobin(Hba1c) dəyəri %9 dan %5,7 yə gerilədiyi görülüb.
6 ay içində %84 xəstədə şəkərli diabettə remissiya görülüb.Qan şəkəri hədəf aralıqda kəçən vaxt (Time in range) %53 dən %81 ə yüksəlib.Ortalama çəki: 79 kg’dan 68 kg’a enib.Şəkırli Diabet remissiya sonrası yeniden görülə bilər.Xəstələr remissiya sonrası da diabet fəsadları üçün risk altındadır.Mütəmadi olaraq göz xəstəlikləri, xolesterin dəyəri sinir zədələnmələri və s üçün kontroldan keçməlidirlər.Ona görə də həyat tərzi dəyişikliyinə remissiya sonrasında da uymaq lazımdır.
Mənbə :Medscape 2022
YATROGEN KUŞİNQ SİNDROMU VƏ STEROİDLƏR
Yatrogen Kuşinq sindromu - ən sıx rastlanan hiperkortikolizm səbəbidir(xaricdən qebul edilən Steroidlərə(deksametazon, prednol, metilprednizolon və s) bağlı)).
Qlukokortikoid dərmanlar immunsupresiv və iltihabəleyhine təsirinə görə mûxtəlif xəstəliklərin müalicəsində istifadə oluna bilər.Yüksək dozlarda vəya uzun müddət istifadəsi şiddətli hiperkortizolizm yaranmasına səbəb ola bilər.Yatrogen hiperkortizolizm ekzogen steroid istifadəsine bağlı spesifik əlamətlərimortaya çıxmasına və endogen hipotalamo-hipofizo-adrenal aksın supressiyasına səbəb olur. Əsas problemlerdən biri də dərman istifadəsinin anidən kesilməsinə bağlı olaraq ortaya çıxan yoxsunluq simptomlarıdır.
Ona görə dərmanı mərhələli şəkildə mütəmadi laboratuvar təstlər edilərək həkim nəzarəti ilə kəsmek lazımdır.
KOFE VƏ HORMONLARA TƏSİRİ
Kortizol: Artmış kofein qəbulu kortizol səviyyəainim artmasına səbəb ola bilir.Bədən stresə cavab olaraq adrenalin hormonu iftaz edir. Stress hormonu kortizol artışı ilə qanda qlukoza səviyyəsi artır, ürəkdöyünmə görülür.
Xronik stress zamanı metabolizmada azalma, kilo alma, azalmış immum cavab, qan təzyiqində artış, yorğunluq və s görülür.
Serotonin:Artmış kafein qebulu serotinin səviyyəsinin azalmasına səbəb olur.Ruhsal sağlıqda problemlərə- əhval dəyişkənliyi, depressiya, anksiyete, yuxu pozğunluğu, diqqət zəifliyi və s görülür.
Fiziki olaraq da həzm probləmləri görüləbilər.
Dopamin: Mükafat və motivasiya hormoni olan dopamin səviyyəsi kafein qebulu ilə artır. Buna bağlı olaraq konsentrasiyada artış ,enerjik hissətmə, anksiyete, yuxusuzluq göreləbilər.
Oksitosin: sevgi hormonu kofe qebulu ilə səviyyəsi artır. Xoşbextlik, memnunluq, huzur hissi olur.
Yetərli araşdırma olmasa da qadınlarda təsiri daha çox görülüb.Kafeinsiz kofe qebulunda təsir daha az görülür.
Araşdırmalar kafein(kofe və s) istifadəsinin hormon səviyyəsini dəyişdiyini gösterib.
Ancaq hormon səviyyələri dieta, idman, yuxu, stress və s faktorlara görə dəyişdiyi üçün potensial təsir hormona görə fərqlidir.
Estrogenlər: Fərqli etnik qruplarda fərqli şəkildə təsir edir.Asiyalalı qadınlarda yüksək miqdarda kofein qebulunun estrogen səviyyəsini artırdığı görülüb. Başqa bir araşdırmada isə əksinə əlaqə təspit edilib.
Progesteron: Birbaş əlaqə görülməyib.Ancaq estrogen /progesteron nisbətində artış görülüb. Bu da premenstrual sindrom klinikasının görülməsinə səbəb olur. Eyni zamanda estrogen hormon dominantlığına progesteron miqdarının azlığını müşayiət edir.
Testosteron: Kafein qebulu ilə birbaşa əlaqə göstərilməyib.Ancaq qadınlarda testosteron səviyyəsində azalma görülür.Bu qadınlarda əzələ zəifliyi, yorğunluq, yuxusuzluq, kilo alma və s şəklində özünü göstərir.
ANABOLİK STEROİDLƏR VƏ YAN TƏSİRLƏRİ
Dopinq məqsədi ile yüksek dozada istifade olunan anabolik steroidlerin müxtelif yan tesirleri ola biler.
-Əzələ kütlesinde artışa bağlı ürek-damar, böyrek ve qaraciyer xesteliyi;
-hipertenziya, aritmiya, infarkt;
-Saç tökülmesi;
-Akne ( sivilce), yağlı deri ;
-Psixoloji pozğunluq (aqressivlik, depressiya, yuxusuzluq,);
-kişilərdə süd vəzilərinin böyüməsi (ginekomastiya)
-Cinsi hormonlarda azalma, müveqqeti sonsuzluq
-Xolesterin deyerinde artış ve s.
Bu preparatlardan istifade edenler bilgilendirilmeli ve mütamadi olaraq yan tesirler açısından kontrol edilmelidir.
YATROGEN KUŞINQ VƏ QLÜKOKORTİKOİDLƏR:
Yatrogen Kuşinq sindromu - ən sıx rastlanan hiperkortikolizm səbəbidir(xaricdən qebul edilən qlukortikoidlərə(deksametazon, prednol, metilprednizolon və s) bağlı)).
Ûmumiyyətlə Qlukokortikoidlər immunsupresiv və iltihabəleyhine təsirinə görə mûxtəlif xəstəliklərin müalicəsində istifadə oluna bilər.
Yüksək dozlarda istifadəsi şiddətli hiperkortizolizm yaranmasına səbəb ola bilər.
Yatrogen hiperkortizolizm ekzogen qlukokortikoid istifadəsine bağlı hiperkortizolizme spesifik əlamətləri ortaya çıxmasına və endogen hipotalamo-hipofizo-adrenal aksın supressiyasına səbəb olur.
Əlamətlər:
Əsas problemlerdən biri də dərman istifadəsinin anidən kesilməsinə bağlı olaraq ortaya çıxan yoksunluq əlamətleridir.
Ona görə dermanı mərhələli şəkildə mütəmadi laboratuvar testlərlə həkim nəzarəti ilə hipotalamo-hipofizo-adrenal aksın düzəldiyini görərək kəsmek lazımdır.
Gösteriş olmadan qısa və ya uzun zaman, az və ya yüksək dozada nə Həkim tərefìndən, ne Əczaçı, nə də Xəstə tərəfindən özbaşına alınıb istifadə edilməməlidir.
ŞƏKƏRLİ DİABET VƏ RETİNOPATİYA
Şəkərli diabet yetkinlik yaşındaki xəstələrdə korluğun ən əhəmiyyətli səbəbidir.
Tip 1 diabetli xəstələrdə retinopatiya üçün skrininq diaqnoz qoyulandan sonra 5.ci ildən başlayaraq hər il aparılmalıdır.
Uşaqlıqdan başlayan hallarda, yeniyetmə dövründən və ya 15 yaşından etibarən hər il retinopatiya üçün skrininq aparılması tövsiyə olunur.
Tip 2 diabetli xəstələrdə diaqnoz qoyulan zaman retinopatiya skrininqi aparılmalıdır;
lkin muayiNədə retinopatiyası olmayan və ya minimal olan xəstələrdə ildə bir dəfə, inkişaf etmiş xəstələrdə isə hər 3-6 aydan bir nəzarət aparılmalıdır.
Hamiləlik planlayan və ya hamilə olan şəkərli diabetli qadınlarda ətraflı görmə və göz dibi müayinəsi aparılmalıdır.
Müayinə hər trimestrdə təkrarlanmalı və retinopatiyanın dərəcəsindən asılı olaraq postpartum ən azı bir il izlənilməlidir.
Əlamətlər:
Xəstəliyi ilkin mərhələsində heç bir əlamət olmaya bilər.
Ancaq sonra xəstədə yaxın ve uzaq məsafəni görmədə çətinlik
Göz önündə yanıb sönən işlqlar, qara nöqtələr görülə bilər.
Bulanıq görmə ola bilər.
Qarşısının alınması üçün:
Qlikemik nəzarət: Optimal glisemik nəzarəti saxlamaq diabetik retinopatiya riskini azaldır və ya retinopatiyanın inkişafını ləngidir.
Qan təzyiqinə nəzarət: Retinopatiya riskini azaltmaq və ya inkişaf prosesini yavaşlatmaq üçün optimal qan təzyiqi nəzarəti təmin edilməlidir
Qanda xolesterin səviyyəsinin azaldılması.
Yüksək lipid səviyyələri olan xəstələrdə retinopatiya riski yüksəkdir. PPAR-alfa agonisti olan fenofibratın retinopatiyası olan xəstələrdə inkişafı yavaşlatdığı göstərilmişdir. Buna görə də fenofibrat retinopatiyalı diabetli xəstələrdə statin terapiyasına əlavə olaraq istifadə edilə bilər.