Rusiya doğumlu fransız esilli keçmiş peşekar güleşçi Maurice Tillet(1903-1954) cizgi film qehramanı Shreke benzerliyi diqqet çekir.
Bele ki güleşçiye 17 yaşında Akromeqaliya diaqnozu qoyulub, 51 yaşında ürek xesteliyinden vefat edib( xesteliyin fesadı)
Akromegaliya %95 hallarda Hipofiz vezinin somatotrop hüceyrelerinden qaynaqlanan adenoma( şiş) bağlı artıq miqdarda Böyüme hormonu ( GH) ifrazı neticesinde emele gelir.
Adeten 40-47 yaşlarında diaqnoz qoyulur.
Xesteliyin simptomlatının başlamasından diaqnoz qoyulana qeder keçen vaxt ise ortalama 5 ildir.
En sıx görülen simptomlar:
Akral (uc) böyüme - yeni ellerde, ayaqlarda böyüme, üz cizgilerinde kobudlaşma( burun, dodaq, alt çene böyüme)
Deride qalınlaşma, dilde böyüme, çox terleme, baş ağrısı,xoruldama, yorğunluq,terleme karpal tunel sindromu ve s.
Diaqnoz zamanı xestelerin %48-inde hipertoniya, %10-unda ürek çatışmazlığı,%8- ürek-damar xesteliyi olur.
Ürek damar sistemi, teneffüz sistemi ve xerçeng hallarina göre ölüm riski 2-4 qat artmışdır.
Diaqnoz üçün ilkin olaraq IGF-1 deyeri baxılır.
Müalicesinde öncelikle cerrahi üsul tercih edilir.
Şəkərsiz diabet - hipotalamusdan sintezlənən #antidiuretik hormonun(AVP) çatışmazlığı, vəya ifrazı normal olsa da böyrəklər tərəfindən AVP’yə cavabın olmaması nəticəsində yaranır.
Əsas səbəbləri: Genetik faktorlar,beyin şişləri,kəllə travmaları,infeksiyalar (vərəm, sarkaidoz, sifilis və s.), sellar- suprasellar nahiyədə aparılan cərrahi əməliyyatlar,autoimmun xəstəliklər ,dərmanlar və s
Şəkərsiz diabetin dörd tipi ayırd edilir:
Əsas əlamətləri:
Vaxtında müalicə olmazsa, nə baş verir?
Maye ve mineralların itkisinə bağlı olaraq
✔️Prolaktin(süd hormonu) - polipeptid struktura malik bir hormon olub sintez ve ifrazı beyində hipofiz vəzindeki laktotrop hüceyrələr vasitəsi ilə həyata keçirilir. Prolaktin hormonu əsas laktasiyanı(ana südü istehsalı) təmin etsə də neyrotansmitter, böyümə faktoru və immunrequlyator funksiyaları da mövcuddur.
Normal dəyər aralığı 5-20 ng/mL'dır.
✔️Hiperprolaktinemiya(prolaktin yüksəkliyi), əsasən yuxudan oyandıqdan ən az 2 saat sonra və ya günün hər hansı saatında baxılan Prolaktin dəyərinin kişilərdə 20 ng/ml və qadınlarda 25 ng/ml üzərində olmasıdır.
Fiziolojik, farmakolojik(dərmanlara bağlı) və patolojik səbəblərə bağlı ola biləcəyi kimi, bəzən idiopatik(səbəbi bilinməyən) də ola bilər. Simptomatik və asimptomatik ola bilər.
Qadınlarda:
-Menstruasiya pozğunluğu və ya olmaması(oliqomenoreya, amenoreya)
-Galaktoreya(hamiləlik və süd vermə dövrü xaricində süd vəzindən şəffaf və ya ağ axıntı süd gəlməsi)
Kişilərdə:
-Erektil disfunksiya
-Libido azalması
-Sonsuzluq hekayəsi varsa,
Serum Prolaktin dəyərinə mütləq baxılmalıdır.
Fiziolojik səbəblər:
Yuxu, idman, emosiyonal və fiziki stress, hamiləlik, laktasiya, süd vəzinin və ya döş qəfəsinin travmaları, yüksek proteinli diyeta və s. sayılır.
Farmakolojik səbəblər:
Anestetik, antidepresant, antihistaminik, dopamin sintez inhibitorları, neyroleptik və s. qrup dərmanlar.
Bu səbəblər istisna edildikdən sonra Patolojik səbəblər araşdırılmalıdır.
💉Endokrinologiya, daxili sekresiya vəzilərində baş verən metabolik hadisələri və ya daha geniş mənada orqanizmin daxilinde və ya bir hissəsində istehsal olunan kimyəvi xəbərçilər vasitəsi ilə gedən ünsiyyət və ya nəzarəti öyrənən elmdir.
Metabolizma canlı orqanizmlərdə baş verən kimyəvi hadisələri araşdırır və buna görə də endokrinologiyanın bir hissəsi hesab olunur.
💉Endokrin sistemdəki kimyəvi xəbərçilərə hormonlar deyilir.
💉Hormon sözü Yunan dilində "stimullaşdırmaq, hərəkətə gətirmək" deməkdir. Hüceyrədənkənar maye kimi həll olunan bir mühitdə bir hüceyrədən digərinə məlumat ötürülməsini təmin edən xəbərdarlıq molekullarıdır.
💉Hormonlar çox güclüdür. Kiçik bir miqdarı bele hüceyrələrdə, hətta bütün bədəndə dəyişiklikləre sebeb ola biler.
💉Laboratoriya testləri ilə qanda, sidikdə və ya tüpürcədə hormon səviyyəsini ölçmək mümkündür.
Mənbe:Williams Textbook of Endocrinology
Məşhur ingilis yazıçı Jane Austen 'nin ölüm sebebleri arasında düşünülen Addison Xəstəliyi böyrəküstü vezin qabıq maddesinin hormon iftazının azalması ile gedən endokrin menşəli pozğuqdur.
Böyreküstü vezlerin müxtelif sebeblerden zerer görmesi (autoimmun xestelik, infeksiyalar(tuberkulyoz ve s), şişler,müxtelif dermanlar,infiltrativ xestelikler ve neticesinde ortaya çıxır.
Vaxtında diaqnoz qoyulması heyat qurtarıcıdır.
Simptom ve əlametlər:
Xronik limfasitik tiroidit hipotireozun (tənbəl zob) en yayılmış səbəbidir.
Qadınlarda daha sıx görülür.Tiroid vəzinə (qalxanabənzər vəz) qarşı əmələ gələn anticisimlərin səbəb olduğu autoimmum xəstəlikdir.
Zamanla azalmış tiroid hormon funksiyası hipotireozla nəticələnir.
Əlamətlər başda olmaya biler əsasən hipotireoza bağlı üzə çıxır.
Halsızlıq,soyuğa dözümsüzlüq,dırnaqların asan qırılması,solğun quru dəri,çəki artışı, üzdə, bədəndə şişkinlik,depressiya, yaddaş zəifliyi,əzələ ağrıları, aybaşı pozğunluğu və s görülür.
Dünyada tiroid(qalxanabənzər bəz) düyünlərinin və guatr(zob) yaranmasının en sıx səbəbi isə yod çatışmazlığıdır
Ginekomastiya kişilərde süd vezi toxumasının böyümesi ile xarakterize , kişinin sine şeklinde deyişikliklere sebeb olan xestelikdir. 2 formu var.
Ginekomastiyanın yaranma döneminde ağrı(mastodini) ve hessasiyet şikayeti ola biler.
Sebebleri:
1.Idiopatik( sebebi bilinmeyen)
2.Prepubertal
3.Dermanlara bağlı
4.Siroz veya malnutrisyon
5.Hipogonadizm
6.Testikulyar şişler
7.Hipertireoz
8.Böyrek xestelikleri
9.Diger sebebler
Sebeb olan dermanlar:
Hormonlar
Androgenler
Anabolik steroidler
Əzələ kütlesini artıran dermanlar
Xoriyonik qonadotropin
Estrogenler
Boyhormonu
Antiandrogenler/Androgen sintez inhibitorları Siproteron asetat,Flutamid, Finasterid, Spironolakton, ketokonazol ve s
Patogenezde esas sebeb androgen ve estrogen hormonlari arasındakı tarazlığın pozulmasıdır
Differensial diaqnozda en vacib olan süd vezi xerçenginin istisna edilmesidir.
Xesteden etraflı anamnez alınmalı, istifade etdiyi dermanlar sorgulanmalıdır.
Qanda FSH, LH, testesteron, #estrogen,#prolaktin ve beta HCG deyeri ve s baxılmalı, #qaraciyer ,böyrek ve #tiroid hormon funksiyaları deyerlendirilmelidir.
Lazım olan hallarda ultrases muayinesi, tomografiya ve s radyolojik muayineler aparılmalıdır .
Yaranmasına sebeb olan faktor müeyyenleşdirilib ona göre müalice edile biler, lazım olan hallarda ise cerrahi emeliyat edile biler
Ginekomastiyaya sebeb olan dermanlar kesilmeli və ya deyişdirilmelidir.
Osteoporoz qarşısıalınabilen müalicedilebilən ve qırıqlar əmələ gelene qeder xəbərdarlıq edici bir simptom vermeyen səssiz xestelikdir.
Həkimə nə vaxt müraciət etməli:
Hamiləlik qalxanabenzer vez funksiyası ve morfologiyasında önemli deyişikliklerə sebeb olmaqdadır.
Buna göre hamilelik planlayan ve ya hamile olan qadınlara başlanğıcda tiroid hormon funksiyası deyerləndirmek üçün qanda TSH hormunu baxılmalıdır.
Hamilelik zamanı hipotireoz sıxlığı aşikar (klinik) hipotireoz üçün 0.3-0.5% , subklinik hipotireoz üçün ise 2-3% 'dir.
Tiroid antitel pozitivliyine doğurqanlıq çağındakı qadınlarda %5-15 arasında rastlanır.
Yod yeterli olan bölgelerde hamilelikde hipotireozun esas sebebi autoimmun tiroid xestelikleridir.
Xestelerin böyük qismi simptomsuz olduğundan hamilenin ilk muayine zamanı tiroid xesteliyi üçün skrininq edilmesi gereklidir.
Normal hamilelik zamanı tiroid vezin hormon ifrazında %30-50 artış olur
Bu sebebdən hipotireozu olan hamilelerin nezaret edilerek levotiroksin dozu artırılmalıdır.
Hamilelik planlayan hipotireozu olan qadın xestelerın levotiroksin müalicesi ile Tsh deyerinin<2.5 mu/ml olması tovsiye olunur. İlk 24 heftede 4 heftede bir kontrol edilmelidir.
Sonrakı dönemde eger doz deyisikliyi edilmemişse doğuma qeder olan vaxtta sadece 1 defe baxılması yeterlidir.
Doğumdan sonra doza hamilelik öncesı dozaya azaldılır ve postpartum 6. heftede Tsh kontrol edilir.
Hirşutizm qadınlarda androgenlere hessas bölgelerde üz (çənə və üst dodağın üstü), sinə, qarın, bud, bazu, kürək, bel nahiyələrində kişi tipli tüklenme artışı (qalın uzun tükler) olmasıdır.
Doğurqanlıq yaşındaki qadınlarda teqriben %5-10 hallarda görülür.
Hirşutizm androgenlerin artışının yegane elameti de ola biler ve ya yanaşı olaraq akne(sızanaq) alopesiya( kişi tipli saç tökülmesi), menstrual disfunksiya da görüle biler.
Hirşutizm ortaya çixmasında androgenler(testesteron, Dheas, androstenedion) ve tük folikullarının androgenlere qarşı hessaslığın artması rol oynayır.
Androgenler adeten böyrəküstü vez ve yumurtalıqdan (over) sintez olunur.
Bezi xestelerde androgenler artmaya biler.
En sıx sebebi:yumurtalıqların polikistik sindromu, kongenital adrenal hiperplaziya(klasik , non klasik) ,idiopatik(sebebi bilinmeyen)
Diger sebebler: hiperprolaktinemi,böyreküstü vez ve yumurtalıq tümorleri, ciddi insulin direnci sindromu,Kuşing sindromu, akromegaliya xesteliyi, tiroid hormon disfunksiyası, bezi preparatların qebulu ve s
Xesteden detaylı anamnez alınıb fizik muayine aparılır ve tüklenme derecesi Ferriman-Gallwey skorlaması ile hesablanır. FG skoru 9-10 üzerindedirse, hirşutizm qebul edilir.
Gerekli olan analiz ve muayineler aparılır.
Hirşutizmin müalicesi ve takibi ise xesteliyin sebebine göre xesteden xesteye ferqlik gösterir.
Sebebe yönelik müaliceyle yanaşı teraş, mum, lazer epilasiya kimi lokal prosedurlar da tetbiq oluna bilir
Kuşinq sindromu esasen qlükokortikoid artışını ifade eden durumdur.
Bu klinik durum sebebinden asılı olmayaraq böyreküstü vezden kortizol ifrazının artışına(Endogen) ve ya herhansı bir xesteleyin müalicesi zamanı istifade edilen sintetik steroidlerin istifadesine bağlı yarana bilir.(Yatrogen)
En sıx sebebi hipofizin xoşxasseli şişi( Kuşinq xəstəliyi)ve böyreküstü vez şişidir (Kuşinq simdromu).
Her yaşda görülebiler.Qadınlarda kişilere göre 4 defe çox görülür.
Simptomlar:
Çəki artışı,menstrual disfunksiya,tüklenme artışı,psixi pozuntu,bel ağrısı,
əzələ gücsüzlüyü, sınıqlar,saç tökülmesi
Əlamətlər:
OBEZİTE (PİYLƏNMƏ)
Piylenme (Obezite) sağlamlığa menfi tesir eden komplex ve multofaktoriyal bir xestelik olub günümüzde siqaretden sonra gelen dünyadan qarşıalına bilen 2.ci vacib ölüm səbəbidir.
Piylenme, başda tip 2 diyabet ve prediabet olmaq üzərə ürek- damar xestelikleri, hipertenziya, hiperlipidemiya, insult, müxtelif bedxassəli xərçəngler , obtruktif uyku-apne sindromu, qaraciyer yağlanması, reflüks, öd yolları xəstelikleri, yumurtalıqların polikistozu, sonsuzluq, osteoartoz, depresiya kimi bir çox sağlıq probleminə sebeb olmaqdadir
Dünya Sehiyye Teşkilatı , 1998 ci ilde piylenmenin 21. esrde en vacib sağlamliq problemi olacagını bildirmişdir.
Piylenme yüksek enerji qebuluna bağlı bedende artıq miqdarda yağ toplanmasıdır .
Bedendeki yağ miqdarını teyin etmek asan olmadiğı üçün piylenme daha çox artıq kilo olaraq ifadə edilmekdedir.
Piylenmenin teyini ve derecelendirmesi Beden kütle indeksine (BKI) göre aparılır
BKI= Kilo(kq)/boy(m2) düsturu ile hesablanır.
Yetişkinlerde
Piylenmede diger önemli faktor ise santral( qarın tipli ,abdominal) yağlanmadır .
Abdominal yağlanmanı deyerlendirmek üçün metodu bel çevresinin ölçüsü istifade olunur.
ÜST 'ün( Ümumi sehiyye teşkilatı) santral piylenme üçün teyin olunmuş ölçü bel çevresinin kişilərdə 102 sm, qadınlar üçün ise 88 sm'in üzerinde olmasıdır.
Bədəndə kalsium səviyyəsini tənzimləyən endokrin orqandır.
Tiroid vəzin qonşuluğunda yerleşen 4 ədəd vəz olub her birinin çekisi ortalama 40 mg'dır.
Paratiroid vəzi parathormon (PTH) hormonunu ifraz edir.
Funksiyası:
Paratiroid(qalxanvarietrafvezi) vezlerin bir ve ya bir neçesinin artmış paratiroid hormon ifrazı ile xarakterizedir.
Ən sıx görülen endokrin patologiyalardandır.Qanda kalsiyum seviyesinin artmasına sebeb olur.
Hiperkalsemiyanın müddetine, şiddetine, xestenin yaşına ve s bağlı olaraq menfi tesir ortaya çıxarır.
Əlametler:
Bütün bunlardan da anlaşılacağı kimi hiperparatiroidizm birdən çox sistemi təsir edən və bir çox xəstəliyin əlamətlərinin arxasında gizlənən bir xəstəlikdir.